internet tv

internet tv

Erməni nazir Əkrəm Əylislidən danışdı

27m ago
SOURCE  

Description

Böyük Britaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Oksford universitetində çıxışında azərbaycanlı yazıçı Əkrəm Əylislidən danışıb. Erməni KİV-lərinin verdiyi xəbərə görə, nazir çıxışında yazıçıya qarşı Azərbaycanda təzyiqlərin olduğunu bildirib: "Bu yaxınlarda Azərbaycanda dövlət səviyyəsində yazıçı Əkrəm Əylisliyə qarşı təqiblər baş qaldırıb. Çünki o, öz romanında Azərbaycanda ermənilərin soyqırımı məsələsinə toxunmuşdu. Yazıçının qulağının kəsilməsinə görə mükafat da elan olundu. O, yaşamaq üçün Azərbaycandan xaricə üz tutdu. Azərbaycanın təxribatçı və destruktiv siyasətinə baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyətlə birgə Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün səylərini davam etdirəcək". Website: http://kanal13.tv/ Facebook Official Page: http://www.facebook.com/tvkanal13 Facebook FanPage: http://www.facebook.com/djavid.djon Twitter: https://twitter.com/#!/Kanal13_Baku VK: http://vk.com/id197711591 Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/ Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1 Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan